(012) 571 08 58
Uşaqlarda yastıpəncəlik və əyripəncəlik nədir?

Uşaqlarda yastıpəncəlik və əyripəncəlik nədir?

Yastıpəncəlik və əyripəncəlik uşaqlarda çox rastlanılan bir ortopedik pəncə problemidir. Diqqətli valideynlər övladlarında bu vəziyyəti görəndə həkimə müraciət edirlər.


Yastıpəncəliyin iki növü var: 

Birinci növ, ən çox yayılmış elastik yastıpəncəlikdir. Bu vəziyyətdə problem sümüklərdə deyil, əzələlərdə və bağlarda olur və insan ayağını yerə basanda daxili əyriliyin olduğu görünür və çəki səbəbindən dolayı yaranan təzyiqdə ayaq düz olur.
İkinci növ, daha nadir hallarda meydana gələn sərt yastıpəncəlikdir. Bu tip yastıpəncəlikdə xəstə ayağını yerə qoyub-qoymadığında belə sərt görünüşü ilə seçilir.


Yastıpəncəliyin yaranma səbəbləri
:

İrsi faktor

Uşağa "düzgün" olmayan ayaqqabı geyindirilməsi.
Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda).
Pəncə travmaları və s. ola bilər. 


Əyripəncəlik vəziyyətində isə, topuq və ayaq barmaqları aşağı və içə dönmüş vəziyyətdə olur. Baldır və ayaq normadan qısa olur. Əyripəncəlikdə ağrı olmur və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə sonrası uşaq tam normal həyata dönə bilir.


Dəyərli pasiyentlər, əgər övladınızda bu cür problemlər aşkar etmisinizsə, klinikamıza müraciət edə bilərsiniz. Peşəkar həkimlərimiz tərəfindən edilən müalicə ilə xəstəliyin qarşısını almaq mümkündür. 

Paylaş

Şərhlər