USM nədir?
Ultrasəs müayinəsi (USM) zamanı ultradalğaların köməyi ilə daxili orqanlara baxmaq və onları müayinə etmək olur. USM daxili orqanların real görüntülərini göstərə bilir. Hətta, damarlara qanın axınını (dopppler müayinəsi zamanı) da izləmək mümkündür.
Həkimlər bildirirlər ki, bu müayinə zamanı radiasiyaya-şüalanmaya səbəb olan X şüaları istifadə edilmir. Bu da onun zərərsiz bir metod kimi geniş istifadə olunmasına şərait yaradır.
USM vasitəsilə qalxanvari vəzi, qara ciyər, öd və öd yolları, mədəaltı vəzi, böyrəklər və böyrəküstü vəzilər, sidik kisəsi, ürək, limfatik düyünlər, süd vəziləri, prostat vəzi, ginekoloji baxış, uşaqlıq, yumurtalıqlar və s. bu kimi orqan və sistemləri müayinə etmək mümkündür.
Paylaş