(012) 571 08 58

Missiyamız

Artromed Tibb Mərkəzi olaraq məqsədimiz, sağlamlığını bizə əmanət edən pasiyentlərə keyfiyyətli xidmət göstərməkdir.


Tarixçə

Artromed Tibb Mərkəzi 2009-cu il 1 iyundan etibarən tibbi xidmət göstərir. Tibb Mərkəzimiz ən son müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Peşəkar cərrah, həkim heyətimiz ilə xalqımızın sağlamlığının keşiyindəyik.

Onu da qeyd edək ki, burada Bakıda az saylı klinikalarda rast gəlinən Duz otağı fəaliyyət göstərir. Naxçıvandan gətirilən şəfalı duz Alman və Avstriya texnologiyası ilə quraşdırılmışdır. Duz otağı yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərində; xroniki bronxit, bronxial astma, həmçinin allergiya mənşəli xəstəliklərdə faydalıdır. Burada müalicə olunan xəstələr qeyd edirlər ki, müalicə sonrası boğulma və allergiya əlamətləri xeyli azalır.

Tibb Mərkəzimizdə əməliyyatxana, kardiologiya, USM, pediatriya, ginekologiya, urologiya, fizioterapiya, nevrologiya, revmatologiya, KT və s. kimi tibbi şöbələrimiz fəaliyyət göstərir. 

Artromed Tibb Mərkəzi 14 ildir ki, qayğı ilə xidmətinizdədir. Sağlamlığınızı  bizə etibar edə bilərsiniz!