(012) 571 08 58

Şəfalı Naxçıvan duzunun xəstələr üçün daha əlçatan olması üçün Artromed Tibb Mərkəzində Duz otağı fəaliyyət göstərir.


Bakıda az saylı klinikalarda rast gəlinən Duz otağı burada Alman və Avstriya texnologiyasi ilə quraşdırılmışdır.

Prosedurdan 3-4 yaşdan yuxarı uşaqlar və yetkinlər faydalana bilərlər. 


Duz otağı yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərində; xroniki bronxit, abstruktiv bronxit, allergik bronxit, bronxial astma, həmçinin allergiya mənşəli xəstəliklərdə çox faydalıdır. Laringit, faringit və s. kimi xəstəliklərdən əziyyət çəkən xəstələr də Duz otağından faydalana bilərlər. 


Qeyd edək ki, şəfalı Duz otağında müalicə müddəti 45 dəqiqədir. Eyni vaxtda otaqda 4-5 şəxs müalicədən yararlana bilər. İtaliyadan gətirilən duz ionları seans vaxtı xüsusi qurğu ilə otağa yayılır. 


Burada müalicə olunan xəstələr qeyd edirlər ki, prosedur sonrası boğulma və allergiya əlamətləri  xeyli azalır.




Lakin həkimlər xəbərdarlıq edir ki, tiroid (zob), ürək, qan-damar xəstəliyindən əziyyət çəkən xəstələrə isə duz otağından müalicə məsləhət görülmür. Müalicə kursu almadan öncə həkim məsləhəti mütləqdir.