Müasir şüa diaqnostikasının ən informativ metodlarından sayılan KT (Kompüter Tomoqrafiyası) və USM (Ultrasəs müayinəsi) klinikamızın tibbi xidmətləri sırasındadır.
USM zamanı ultradalğaların köməyi ilə daxili orqanlara baxmaq və onları müayinə etmək olur. USM daxili orqanların real görüntülərini göstərə bilir. Hətta, damarlara qanın axınını (dopppler müayinəsi zamanı) da izləmək mümkündür.
USM vasitəsilə qalxanvari vəzi, qara ciyər, öd və öd yolları, mədəaltı vəzi, böyrəklər və böyrəküstü vəzilər, sidik kisəsi, ürək, limfatik düyünlər, süd vəziləri, prostat vəzi, ginekoloji baxış, uşaqlıq, yumurtalıqlar və s. bu kimi orqan və sistemləri müayinə etmək mümkündür.
KT-nin imkanları:
Beyin, onurğa sütunu, ağ ciyərlər, qara ciyər, böyrəklər, mədəaltı vəzi, aorta və ağciyər arteriyası, ürək və digər orqanların xəstəliklərinin diaqnostikasında qabaqcıl üsuldur.